A Seriyası komandasının baş məşqçisi təyin olunacaq - De Rossi

5 Noyabr 22:09 İtaliya 621
A Seriyası komandasının baş məşqçisi təyin olunacaq - De Rossi

Daniele De Rossi “Cenoa”nın baş məşqçisi postuna gətiriləcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis bu gün Milanda klub rəhbərliyi ilə görüşəcək və müqavilənin şərtlərini müzakirə edəcək.

O, daha əvvəl “Roma” və SPAL (İtaliya) komandalarını çalışdırıb, ancaq hər iki klubda səkkiz aydan çox işləməyib.

“Cenoa” hazırda A Seriyasında çətin mövsüm keçirir. Komanda 10 turdan sonra cəmi 6 xal toplayaraq, turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və düşmə zonasındadır.

“Cenoa” növbəti turda, noyabrın 9-da doğma meydanda “Fiorentina” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu