“Yuventus”un yeni baş məşqçisi Luçano Spaletti komandanın İtaliya çempionluğu uğrunda mübarizə apara biləcəyini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Kremoneze”yə qarşı oyundan da (2:1) məmnun olduğunu deyib:
“Mən demişdim ki, skudetto uğrunda mübarizə aparmalıyıq və bu, onu qazanmaqla eyni deyil.
Riyaziyyat (rəqəmlər) bizə mane olmadığı müddətcə, hər şeyə, hətta Çempionlar Liqasına da can atmalıyıq”.
Spaletti bu ilin oktyabr ayında “Yuventus”da İqor Tudoru əvəz edib.
Turin klubu A Seriyasında 10 turdan sonra 18 xalla turnir cədvəlində 6-cı yerdədir və lider “Napoli”dən 4 xal geri qalır.

