İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, “Cenoa” Patrik Vieyra ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 49 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.
Vieyra 2024-cü ilin noyabr ayında “Cenoa”nın baş məşqçisi postuna təyin olunmuşdu. A Seriyasında 9 turdan sonra qələbəsi olmayan komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

