“Bu mövsüm 100 qol vurmaq istərdim, özümü komandanın lideri kimi hiss etmirəm”

01:30 İtaliya 98
“Bu mövsüm 100 qol vurmaq istərdim, özümü komandanın lideri kimi hiss etmirəm”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya A Seriyasının 9-cu turunda “Udineze” ilə qarşılaşmada (3:1) qol vurması haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu mövsüm 100 qol vurmaq istərdim. Azarkeşlərə alqışlar üçün təşəkkür edirəm.

Özümü komandanın lideri kimi hiss etmirəm. Bir il yarım ərzində üç məşqçimiz olubsa, bu, hər kəsin günahıdır.

Cənab İqor Tudora (keçmiş baş məşqçi) etdiyi işlərə görə təşəkkür edirəm”.

Serbiyalı futbolçu bu mövsüm bütün yarışlarda 12 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. “Yuventus” noyabrın 1-də səfərdə “Kremoneze” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...