“Tottenhem”ə keçə bilər - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

30 Oktyabr 2025 00:10 İtaliya 701
“Tottenhem”ə keçə bilər - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin yenidən İngiltərəyə dönə biləcəyi barədə xəbərlər getdikcə çoxalır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Tottenhem” ciddi şəkildə maraq göstərir.

Bildirilir ki, Maktominey özü də yaxın gələcəkdə İngiltərəyə qayıtmaq istəyir və bu səbəbdən, transferin baş tutma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Şotlandiyalı futbolçu “Napoli”yə 2024-cü ilin yayında, “Mançester Yunayted”dən keçmişdi.

O, İtaliyadakı debüt mövsümündə parlaq çıxış edərək, Antonio Kontenin rəhbərliyi altında komandanın A Seriyasını qazanmasına mühüm töhfə verib və mövsümün ən yaxşı oyunçusu seçilib.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti