İtaliyadakı həyatından narazıdır - Premyer Liqaya qayıtmaq arzusundadır

29 Oktyabr 2025 00:10 İtaliya 759
İtaliyadakı həyatından narazıdır -  Premyer Liqaya qayıtmaq arzusundadır

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmaq arzusundadır.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

28 yaşlı futbolçu 2024-cü ilin yayında İngiltərəni tərk edərək “Napoli”yə keçib.

Ancaq o, Neapolda meydandan kənardakı həyat tərzindən narazıdır və bu səbəbdən geri dönməyi düşünür.

Şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti