“Bu klubun mənə verdiklərini heç vaxt unutmayacam”

17 Oktyabr 2025 15:20 İtaliya 948
“Bu klubun mənə verdiklərini heç vaxt unutmayacam”

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç “Milan” klubuna olan sevgisindən danışıb.

2023-cü ildə karyerasını məhz “qırmızı-qaralar”da başa vuran isveçli sabiq hücumçu hazırda klub rəhbərliyinin müşaviri kimi fəaliyyət göstərir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər zaman “Milan”lı olacağını bildirib:

“Mən hər zaman “Milan”lı olacam. “Milan”ın mənə verdiklərini heç vaxt unutmayacam.

Onlar mənə əvvəlcə xoşbəxtlik, ikinci dəfə qayıdanda isə sevgi verdilər. 20 yaş kiçik oyunçularla birlikdə oynayırdım”.

O, həmçinin, komanda ilə vida anını da xüsusi hisslərlə xatırlayıb:

“Vida çox xüsusi idi. Əvvəlcədən proqramı mənə göstərmək istədilər, amma dedim: “Heç nə bilmək istəmirəm, hər şey təbii emosiyalarla baş versin”. Bu, asan deyildi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti