8 milyon avroluq təklif göndərdilər, bu məbləğ onları qane etmədi – Rədd cavabı verdilər

8 İyul 2025 15:40 İtaliya 712
8 milyon avroluq təklif göndərdilər, bu məbləğ onları qane etmədi – Rədd cavabı verdilər

“İnter”in yarımmüdafiəçisi Kristian Asllani ilə “Betis” maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Seviya təmsilçisi albaniyalı üçün 8 milyon avroluq ilkin təklif göndərsə də, bu məbləğ “İnter” rəhbərliyi tərəfindən qənaətbəxş sayılmayaraq rədd edilib.

“Betis” yaxın günlərdə təklifini yaxşılaşdıraraq danışıqlara yenidən başlaya bilər.

23 yaşlı futbolçu 2024/25 mövsümündə “İnter”in heyətində bütün turnirlərdə 39 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti