Baş məşqçi dəyişdi, o da getmək fikrindən daşındı

00:00 İtaliya 111
Baş məşqçi dəyişdi, o da getmək fikrindən daşındı

“İnter”in yarımmüdafiəçisi Davide Frattezi klubu tərk etmək planlarından əl çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu İtaliya klubunun əvvəlki baş məşqçisi Simone İnzaqinin rəhbərliyi altında oynadığı mövqeyindən narazı olub və ciddi şəkildə ayrılmağı düşünüb.

Lakin iyun ayında Kristian Kivu komandanın yeni baş məşqçisi seçildikdən sonra yarımmüdafiəçi üçün hər şey dəyişib.

O, artıq klubdan ayrılmaq istəmir və bunun əvəzinə, müqaviləsini uzatmaq qərarına gəlib. Yeni baş məşqçi şəxsi söhbətində italiyalı futbolçuya onu taktiki planlarının əsas elementi kimi gördüyünü açıqlayıb.

Frattezinin “İnter”lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu