
“Feyenoord”un slovakiyalı müdafiəçisi David Hançko İtaliya A Seriyasına transfer oluna bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. “Qoca sinyora” onun transferini yalnız Hançkonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi baş tutmasa, reallaşdırmağı planlaşdırır.
David Hançko 2022-ci ilin avqustundan bəri “Feyenoord”da çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Hançko son mövsümdə Niderland çempionatında 32 oyuna çıxaraq, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.