
Hazırda azad agent olan hücumçu Ceymi Vardi “Cenoa” rəhbərliyinin transferi rəsmiləşdirməyə hazır olmasına baxmayaraq, İtaliya klubuna keçməyəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Patrik Vieyra bu müqavilənin imzalanmasının qəti əleyhinədir.
Fransalı mütəxəssis hücumçunun transferinə veto qoyub.
Vardi bu yay 2012-ci ildən bəri çıxış etdiyi “Lester”dən ayrılıb.
“Cenoa” 2024/25 mövsümündə 38 matçda 43 xal toplayaraq, turnir cədvəlini 13-cü pillədə başa vurub.