Xidmətində “Milan” maraqlıdır - PSJ-nin yarımmüdafiəçisinin

5 İyul 2025 21:40 İtaliya 547
Xidmətində “Milan” maraqlıdır - PSJ-nin yarımmüdafiəçisinin

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

29 yaşlı futbolçunun xidmətində “Milan” maraqlıdır. Artıq tərəflər onun mümkün transferi ilə bağlı ilkin danışıqlara başlayıblar.

PSJ-də az oyun praktikasına malik olan Asensio “Milan”da daha çox şans qazana bilər.

O, son mövsümdə bütün turnirlərdə ümumilikdə 37 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniyalı futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti