
“Milan” “Brügge”dən daha bir futbolçunun transferinə ciddi maraq göstərir.
Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl Belçika komandasının üzvü Şarl de Ketelare üçün böyük məbləğ ödəyən Milan təmsilçisi, bu dəfə isveçrəli yarımmüdafiəçi Ardon Yaşarini heyətinə qatmaq istəyir.
“Qırmızı-qaralar” bu transfer üçün bonuslarla birlikdə 40 milyon avroya qədər təklif verməyə hazırdır.
“Milan” son mövsümdə A Seriyasını turnir cədvəlinin 8-ci pilləsində başa vurub.