“Mançester Siti”nin sabiq hücumçusu Mario Balotelli İtaliyaya mümkün transferi haqda danışıb.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı forvard A Seriyasını parçalayacağını bildirib:
“Mən müqavilə bağlayacam və A Seriyasını parçalayacam.
Uzun müddət oynamadığıma görə məni ciddi qəbul etmirlər? Cəhənnəmə getsinlər”.
34 yaşlı hücumçu hazırda azad agent statusundadır. Onun son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub.
Balotelli ilə daha əvvəl “Cenoa” və “Torino”nun maraqlandığı bildirilirdi.