“Mançester Yunayted”in futbolçusu ilə maraqlanır- İtaliya nəhəngi

16 Noyabr 2023 10:00 İtaliya 643
“Mançester Yunayted”in futbolçusu ilə maraqlanır- İtaliya nəhəngi

“Yuventus” rəhbərliyi komandanı “Mançester Yunayted”in vingeri Ceydon Sanço ilə gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu ingilis futbolçunu icarəyə götürməkdə maraqlıdır.

Artıq “Yuventus” təmsilçilərinin İngiltərə klubunun rəhbərliyi ilə əlaqə saxladığı bildirilir. Turinlilər qış transfer pəncərəsində keçidi başa vura biləcəklərinə əmindirlər.

Sanço bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə cəmi 3 oyun keçirib. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda