İtaliyalı sabiq hücumçu Antonio Kassano yenidən kəskin açıqlaması ilə diqqət çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, A Seriyasında çıxış edən komandaları tənqid edib və xüsusilə, “Parma”nın oyun üslubunu sərt sözlərlə hədəf alıb.
Kassano “Parma”nı anti-futbol təbliğ etməkdə günahlandırıb:
“Mən Karlos Kuestanı tanımıram (“Parma”nın 30 yaşlı baş məşqçisi), amma artıq canıma yığılıb. Aydındır ki, onlar liqada qalacaqlar, çünki anti-futbol oynayırlar.
Kuesta anti-futbol quran yeganə ispan məşqçidir. O, vaxtilə Mikel Arteta (“Arsenal”) və Sesk Fabreqasla (“Komo”) işləyib, amma ortaya çıxan mənzərə tam fərqlidir. Mən utanıram”.
“Parma” hazırda İtaliya A Seriyasında turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

