Tanınmış klub yaxında Ronaldonun transferini açıqlayacaq?

1 İyul 2022 01:40 İtaliya 1 085
Tanınmış klub yaxında Ronaldonun transferini açıqlayacaq?

"Roma" yaxında "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

İtaliya təmsilçisi hazırda 37 yaşlı hücumçunun keçidinin üzərində işləyir.

Daha əvvəl Ronaldo özü də "Mançester Yunayted"dən ayrılaraq "Roma"ya gəlmək istədiyini A seriyası klubuna bildirmişdi. Transfer iyulun 7-də açıqlana bilər.

Ronaldo ötən ilin avqust ayında "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!