“Milan” əzmkarlıq göstərdi, son dəqiqə qolu ilə sevindi - VİDEO

25 Aprel 2022 10:20 İtaliya 495
“Milan” əzmkarlıq göstərdi, son dəqiqə qolu ilə sevindi - VİDEO

İtaliya A seriyasının XXXIV turunda “Latsio” “Milan”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, “Milan” Çempionluq yolunda olduqca vacib görüşdə səfərdən əzmkar qələbə ilə dönüb.

Hesabı “Latsio” erkən qolla açıb. Çiro İmmobile 4-cü dəqiqədə fərqlənib.

İkinci hissədə oyunda dönüş yaradan “Milan” əvvəlcə Olivye Jirunun qolu ilə bərabərliyi təmin edib. Matça əlavə olunmuş 2-ci dəqiqədə isə Tonali İbrahimoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran “Milan” bir oyun artıq olmaqla liderliyə yüksəlib. İkinci pillədəki “İnter” bir oyunu əskikdir və komandanın 72 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!