“İtaliya və “Yuventus” azarkeşiyəm” - AFFA-nın yeni baş katibi

24 Aprel 2022 13:40 İtaliya 774
“İtaliya və “Yuventus” azarkeşiyəm” - AFFA-nın yeni baş katibi

“Mən futbol millilərindən İtaliya millisinə azarkeşlik edirəm.

Bu sevgi AVRO-2000-nin İtaliya - Hollandiya oyunundan sonra yaranıb.

Futbolçulardan isə Alessandro Del Pyeronun oyunundan xoşum gəlirdi deyə, “Yuventus”a azarkeşlik edirdim”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

O, xaricdə və Azərbaycanda hansı klublara azarkeşlik etdiyini açıqlayıb:

“Açığı, son illər bilmirəm nədəndir, əvvəlki kimi “Yuventus”un oyunlarını o qədər də diqqətlə izləmirəm. Bəlkə də bu, işimin çoxluğu ilə bağlıdır.

Məsələn, mənim üçün “Yuventus” - "Bolonya" oyununa baxmaqdansa, “Mançester Siti” - “Liverpul” oyunu daha maraqlıdır.

Azərbaycanda isə hansı komandaya azarkeşlik etdiyimi deməkdə çətinlik çəkirəm. Beynəlxalq yarışlarda, təbii ki, öz klublarımıza azarkeşlik edirəm.

Amma uşaqlıqdan "Neftçi"nin azarkeşi olmuşam. Çünki özüm də qısa müddət futbolla məşğul olmuşam”.

Digər Xəbərlər
Xəbər Lenti