3 illik müqavilə, 7 milyon avro məvacib – “İnter” təklif edir

22 Aprel 2022 18:40 İtaliya 463
3 illik müqavilə, 7 milyon avro məvacib – “İnter” təklif edir

“Yuventus”dan ayrılacağı bəlli olan Paulo Dibala karyerasını elə A seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunun xidmətində “İnter” maraqlıdır.

Milan nəhəngi artıq onunla danışıqlara başlayıb.

Məlumata görə, “İnter” futbolçuya 3 illik müqavilə təklif edir. Dibala “İnter”ə keçməyə razı olsa, illik məvacibi 7 milyon avro olacaq.

Paulonun “Yuve” ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, Turin klubunun yeni müqavilə ilə bağlı təkliflərini qəbul etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!