İtaliya Kubokunda ikinci finalçı “Yuventus” oldu - VİDEO

21 Aprel 2022 01:40 İtaliya 421
İtaliya Kubokunda ikinci finalçı “Yuventus” oldu - VİDEO

Sportinfo.az xəbər verir ki, İtaliya Kubokunun ikinci yarımfinalında mükafatın son sahibi “Yuventus”la “Fiorentina” üz-üzə gəlib.

İlk matçda olduğu kimi, “Qoca sinyora” yenə də qələbə qazanıb - 2:0 (ümumi hesab 3:0).

Beləliklə də, mayın 11-də ölkə Kuboku uğrunda həlledici matçda “Yuve” “İnter”lə qarşılaşacaq.

Sonuncu dünən həmşəhərlisi “Milan”ı 3:0 məğlub edərək finalda iştirak hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti