"O, cəmi bir həftədir qol vura bilmir, bundan problem yaratmaq lazım deyil”

10:00 İtaliya 794
"O, cəmi bir həftədir qol vura bilmir, bundan problem yaratmaq lazım deyil”

“İnter”in baş məşqçisi Kristian Kivu argentinalı hücumçu Lautaro Martinesin son oyunlardakı qolsuz seriyasına münasibət bildirib.

Sportinfo.az “FCInter1908”-ə istinadən xəbər verir ki, 28 yaşlı forvard ardıcıl üç görüşdə fərqlənə bilməsə də, Kivu vəziyyətin narahatedici olmadığını vurğulayıb:

“Martines cəmi bir həftədir qol vura bilmir, bundan problem yaratmaq lazım deyil. Daim yüksək səviyyədə oynamaq asan deyil.

O, bizim liderimizdir və onun bir həftəlik qolsuzluğu faciə sayılmamalıdır”.

Martines cari mövsümdə A Seriyasında 10 oyuna çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti