"Roma" əlavə vaxtda 1 qol vurdu, "Napoli"dən 1 xal aldı - VİDEO

19 Aprel 2022 00:20 İtaliya 1 268
"Roma" əlavə vaxtda 1 qol vurdu, "Napoli"dən 1 xal aldı - VİDEO

İtaliya A Seriyasında XXXIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi görüşündə "Napoli" "Roma"nı qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə meydan sahibləri açıblar. Lorentso İnsinye penaltidən fərqlənib.

Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Stefan El-Şaaravi qoyub.

Bu nəticədən sonra xallarını 67-yə çatdıran Neapol təmsilçisi 3-cü pillədəki mövqeyini qoruyub. 58 xalı olan "canavarlar" isə 5-ci sırada qərarlaşıb.

Turnir cədvəlinə 71 xalla "Milan" başçılıq edir. Liderdən 1 oyun az keçirən "İnter" 69 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti