“İnter” hücumçusunu satmaq istəyər – 80 milyon verən olsa

18 Aprel 2022 15:40 İtaliya 1 630
“İnter” hücumçusunu satmaq istəyər – 80 milyon verən olsa

"İnter" hücumçusu Lautaro Martinesi satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunu almaq istəyən klub 80 milyon avro ödəməlidir.

Məlumata görə, hücumçunun xidmətində Londonun iki klubu - "Tottenhem" və "Arsenal" maraqlıdır.

O da bildirilir ki, Martines Milan klubundakı durumundan razıdır və başqa kluba keçmək niyyətində deyil.

24 yaşlı hücumçu bu mövsüm A Seriyasında 29 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında meydana çıxdığı səkkiz görüşdə də 1 dəfə fərqlənib.

Martinesin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Argentinalı hücumçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 70 milyon avro olaraq qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!