Yığmamızın eks hücumçusunun oğlu "Napoli"də tibbi müayinədən keçdi

18 Aprel 2022 03:20 İtaliya 588
Yığmamızın eks hücumçusunun oğlu "Napoli"də tibbi müayinədən keçdi

Gürcüstan millisinin vingeri, uzun müddətdir ki, Avropanın top-klublarının transfer siyahısında yer alan Xviça Kvaratsxeliya “Napoli” ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçu artıq tibbi müayinədən də keçib. 21 yaşlı futbolçunun neapollularla müqavilə şərtlərində razılıq əldə etdiyi də bildirilir.

O, “Napoli” ilə 5 illik müqaviləyə qol çəkəcək. “Rubin”dən ayrıldıqdan sonra “Dinamo”(Batumi) klubuna keçən Xviça “Napoli”də illik 1,5 milyon avro maaş alacaq ,

21 yaşlı futbolçu millimizin veteran forvardı Badri Kvaratsxeliyanın oğludu.

Digər Xəbərlər
Xəbər Lenti