"Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi var"

17 Aprel 2022 18:40 İtaliya 866
"Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi var"

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriçin gələcəyi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:

“Düşünürəm ki, o, karyerasını "Real"da başa vuracaq. Nə vaxt olduğunu dəqiq bilmirəm, amma plan belədir.

Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi var, aydındır. Modriç özünə yaxşı baxır, karyerası ərzində ciddi zədəsi olmayıb".

36 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Real"da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM