"Gərginlik artır, təzyiq də artır, keçən mövsüm hər şey daha pis idi"

17 Aprel 2022 12:00 İtaliya 434
"Gərginlik artır, təzyiq də artır, keçən mövsüm hər şey daha pis idi"

“Təbii ki, “İnter”in də nəticəsini gördüm.

Biz də bilirik ki, nə olursa olsun, hər oyunda qələbə qazanmağa çalışmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Milan”ın baş məşqçisi Stefano Pioli ötən gün keçirilən oyunlar haqqında söyləyib:

“Düşünürəm ki, ”Cenoa” ilə oyunda düzgün yanaşmamız var idi, çox az risk etdik və bu, mühüm amildir.

Davam etməliyik. Gərginlik artır, təzyiq də artır, amma keçən mövsüm hər şey daha pis idi. Keçən il bu vaxt ilk dördlüyə düşəcəyimizə əmin deyildik.

Öz imkanlarımıza inanmalıyıq. Biz bu yerə çatmaq üçün çox çətin bir yol keçmişik. Yenidən qalib klub olmaq istəyirik, ona görə də, səy göstərməliyik”.

Ötən gün keçirilən oyunda “Milan” “Cenoa”ya 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti