“Yuventus” fantastik qolla son anda məğlubiyyətdən xilas oldu - VİDEO

17 Aprel 2022 01:40 İtaliya 665
“Yuventus” fantastik qolla son anda məğlubiyyətdən xilas oldu - VİDEO

İtaliya A Seriyasının 33-cü turunun “Yuventus” - “Bolonya” matçı maraqlı məqamlarla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada hesabı açan qonaqlar oyunu 9 nəfərlə başa vurmalı olublar.

İkinci hissəyə əlavə edilmiş 5-ci dəqiqədə “Yuve”nin forvardı Alvaro Morata topu aşırma zərbə ilə rəqibin qapısı önünə yönəldib.

Duşan Vlahoviç isə topu bir metr məsafədən başı ilə tora göndərib - 1:1. Nəticədə, “Qoca Sinyora” məğlubiyyətdən son anda yaxa qurtara bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti