“Yuventus” Dibalaya əvəzləyici tapıb - Özü də “Real”da

11 Aprel 2022 21:40 İtaliya 408
“Yuventus” Dibalaya əvəzləyici tapıb - Özü də “Real”da

"Yuventus" "Real”ın hücumçusu Marko Asensionu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, rəhbərlik Asensionu Paulo Dibalaya uyğun əvəzləyici hesab edir.

Argentinalı forvard yayda Turin klubunu azad agent kimi tərk edəcək.

26 yaşlı Asensio 2021/2022 mövsümündə bütün turnirlərdə 33 oyun keçirib, 10 qol vurub və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Daha əvvəl yayılan məlumatda bildirilirdi ki, başqa bir İtaliya klubu - "Milan" hücumçu üçün 25 milyon avro ödəməyə hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti