"Ağıllı olmaq, klub üçün şəxsiyyət və davamlılıq yaratmaq lazımdır" - Mourinyo

10 Aprel 2022 15:20 İtaliya 346
"Ağıllı olmaq, klub üçün şəxsiyyət və davamlılıq yaratmaq lazımdır" - Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandası ilə nəyə nail olacağına dair sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı “Roma”da balans yaratmağa çalışdığını deyib:

“Mən harada və nə üçün olduğumu bilirəm. Komandada balans yaratmağa çalışıram.

Ağıllı olmaq, klub üçün şəxsiyyət və davamlılıq yaratmaq lazımdır. “Roma” uğur qazanmalıdır”.

Mourinyo 2021-ci ildən “Roma”nın “sükanı arxasında”dır.

Digər Xəbərlər
Xəbər Lenti