Azərbaycanlı məşqçi Çində!

7 Aprel 2022 21:00 İtaliya 705
Azərbaycanlı məşqçi Çində!

“Yenidən əsl peşəm olan futbol sahəsində çalışacağım üçün məmnunam.

Məşqçilik karyeramı “Ayntraxt”da davam etdirəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Pro kateqoriyalı azərbaycanlı məşqçi Etibar İbrahimov deyib.

Uzun zamandır futboldan uzaq düşən, fəaliyyətini ABŞ-da başqa sahədə davam etdirən gəncəli çalışdırıcı Almaniyanın məşhur klubu ilə müqavilə bağlamağa hazırlaşır.

Lakin o, Almaniyada yox, Çində çalışacaq. “Ayntraxt”ın bir çox ölkələrdə olduğu kimi, “qıyıqgözlər”in vətənində də futbol akademiyası var ki, Etibar bəy bilik və savadını oradakı gənc və yeniyetmələrə aşılayacaq:

“Bu işdə vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində birgə çalışdığım Nikolay Adamın böyük rolu oldu. Xeyli vaxtdır futbolda olmasam da, Adamla mütəmadi danışır, görüşürdük.

Məni yaxından tanıyan insandır. Xasiyyətimə və iş metoduma bələddir. Bu ilin yanvarında Kanzasda təşkil olunan Birləşmiş Futbol Məşqçiləri Konvensiyasında birlikdə iştirak etmişdik”.

Etibar İbrahimov vaxtilə Azərbaycanın U-15, U-16, U-17 və U-19 millilərində köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Daha sonra Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi vəzifəsini yerinə yetirib. Sonuncu iş yeri 2018-19 mövsümündə Birinci Divizionda mübarizə aparan “Kəpəz” olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı