"Napoli" yığmamızın eks hücumçusunun oğluna 5 illik müqavilə təklif edəcək

6 Aprel 2022 12:00 İtaliya 688
"Napoli" yığmamızın eks hücumçusunun oğluna 5 illik müqavilə təklif edəcək

“Napoli” gürcü vinger Xviça Kvaratsxeliyaya 5 illik müqavilə təklif edəcək.

Sportinfo.az xəbər verir ki, “Napoli” Kvaratsxeliyanın transferi ilə bağlı danışıqlar aparır.

İtaliya klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə təklif etməyi planlaşdırır.

Kvaratsxeliya ötən ay əcnəbi futbolçu və məşqçilərə Rusiya klubları ilə müqavilələri birtərəfli qaydada dayandırmaq və iyunun 30-dək başqa klublarla müqavilə bağlamağa icazə verən FİFA direktivindən istifadə edərək, müqaviləni pozduğu Kazan “Rubin”indən “Dinamo”ya (Batumi) keçib.

Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti