"O, təkmilləşmək, daha da inkişaf etmək üçün oynamalıdır"

5 Aprel 2022 12:20 İtaliya 668
"O, təkmilləşmək, daha da inkişaf etmək üçün oynamalıdır"

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi türkiyəli futbolçu Merih Demiralın “Atalanta”ya keçməsini doğru addım hesab edir.

Sportinfo.az xəbər verir ki, Bonuççi Demiralın icarə əsasında “Atalanta”ya keçməsi ilə bağlı fikirlərini bölüşüb:

“Merih gözəl insandır, peşəkardır. O, təkmilləşmək, daha da inkişaf etmək üçün oynamalıdır. Bu səbəbdən, “Atalanta”ya keçməklə düzgün hərəkət etdi”.

Demiral 2021-ci ildən “Atalanta”nın heyətində çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti