"Məni görən kimi şalvara “batırdın“?" - Baş məşqçi jurnalistə dedi

5 Aprel 2022 10:00 İtaliya 959
"Məni görən kimi şalvara “batırdın“?" - Baş məşqçi jurnalistə dedi

“Roma”nın baş məşqçisi Joze Mourinyo daim qalmaqal yaratmağa həvəslidir.

Sportinfo.az xəbər verir ki, portuqal mütəxəssis mütəmadi olaraq jurnalistlərlə də mübahisə edir.

O, yenə də şakərindən qalmayıb. Radioda onu tənqid edən jurnalistin oyunsonrası mətbuat konfransında verdiyi sualı Joze belə cavablandırıb:

“Sizdən daha kəskin sual gözləyirdim. Dünən sizi radioda eşitdim, orada daha aqressiv, daha tənqidi, daha şiddətli idiniz.

Bu qədər sadə sual gözləmirdim. Beləliklə, mən belə qənaətə gəlirəm ki, siz radioda super aqressiv və super zorakı idiniz. Amma bura gəlib məni görən kimi şalvara “batırdız”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti