"Klub mənə müqaviləni artırmağı təklif edib, amma gözləməyi qərara aldım"

5 Aprel 2022 00:00 İtaliya 643
"Klub mənə müqaviləni artırmağı təklif edib, amma gözləməyi qərara aldım"

"İnter"in çalışdırıcısı Simone İnzaqi A seriyasının 31-ci turunda "Yuventus" üzərindəki qələbədən sonra mətbuata danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis "nerazzura" ilə müqaviləni artırmağa tələsmədiyini etiraf edib:

"Hazırda klubla müqaviləm qüvvədədir və gələn ilin yayında sona çatacaq. Klub mənə müqaviləni artırmağı təklif edib.

Amma mövsüm sonuna qədər gözləməyi qərara aldım. Çünki indi müqavilə yox, nəticələr vacibdi.

Klubun, futbolçuların və azarkeşlərin mənə olan inamını hiss edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti