"O, ötən ilin iyulunda qəhrəman idi, bu gün axmaqdır?"

1 Aprel 2022 14:20 İtaliya 1 633
"O, ötən ilin iyulunda qəhrəman idi, bu gün axmaqdır?"

"Bu, futbolun bir parçasıdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Canni De Byaziyə aiddir.

66 yaşlı çalışdırıcı İtaliyanın dünya çempionatından kənarda qalmasına münasibət bildirib.

Sitat: "Toylara getmək yaxşıdır, heç dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır?

Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini hiss etdiyi şeyi etdi".

İtaliya DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin ilk turunda Şimali Makedoniyanı qəbul edib.

Uzatma dəqiqələrində qol sevinci yaşayan qonaqlar sensasiyalı şəkildə qələbə qazanıb. Son Avropa çempionunun mundial xəyalı yarımfinalda başa çatıb.

İtaliya millisi dünya çempionatına vəsiqə qazana bilməyən 4-cü Avropa çempionu olub. AVRO-2020-nin qalibi Qətərdə təşkil olunacaq DÇ-2022-yə yollanmaq şansını pley-offun yarımfinalında itirib.

Apenninlilərə qədər bu taleyi üç yığma yaşamışdı. Çexoslovakiya AVRO-1976, Danimarka AVRO-1992, Yunanıstan AVRO-2004-dəki zəfərdən iki il sonra dünya çempionatında oynamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti