Bu məğlubiyyət ona bağışlanmayacaq, istefaya göndərilir

26 Mart 2022 12:20 İtaliya 1 170
Bu məğlubiyyət ona bağışlanmayacaq, istefaya göndərilir

İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yaxında istefaya göndəriləcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məqalələr yayımlanıb.

Bildirilir ki, İtaliya Futbol İttifaqı yığmanın ötən gün DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya sensasiyalı şəkildə uduzmasını (0:1) bağışlamayacaq.

Ona görə də mütəxəssisin yaxında vəzifəsini tərk edəcəyi ehtimal olunur.

Həmçinin yerli mətbuatda İtaliya millisinin bu məğlubiyyətini "Faciə", "Fəlakət" kimi başlıqlarla şərh ediblər.

İtaliya millisi Şimali Makedoniyaya uduzduğu üçün DÇ-2022 iə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM