"Bu oyunçulara yazığım gəlir, öz gələcəyim haqda isə heç nə deyə bilmərəm”

25 Mart 2022 12:00 İtaliya 696
"Bu oyunçulara yazığım gəlir, öz gələcəyim haqda isə heç nə deyə bilmərəm”

“Ötən il iyulda Avropa çempionu olmaqla bu komanda ilə böyük sevinc yaşamışdıq.

Karyeramın ən gözəl sevinci idi. Amma bu gün karyeramın ən böyük məyusluğunu yaşayıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Roberto Mançini deyib.

O, DÇ-2022-nin seçmələrinin pley-off mərhələsində Şimali Makedoniyaya 0:1 hesablı məğlubiyyəti şərh edib:

“Bəzən belə inanılmaz şeylər olur. Avropa çempionu olmağa layiq idik. Orada bizi izləyən bəxt indi tam bədbəxtliyə çevrilib.

Əziyyət çəkirik. Nə deyəcəyimi bilmirəm. Bəlkə də çox uzağa getdik. Sanki məqsədyönlü şəkildə 90-cı dəqiqədə qol buraxılıb.

Bu oyunçulara yazığım gəlir. Öz gələcəyim haqqında isə heç nə deyə bilmərəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti