Paytaxt klubu 70 milyon avro tələb edir - "Yuventus"dan

24 Mart 2022 15:40 İtaliya 717
Paytaxt klubu 70 milyon avro tələb edir -

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi "Roma"nın yarımmüdafiəçisi Nikolo Zanyolo ilə maraqlanır.

"La Gazzetta dello Sport"un yazdığına görə, paytaxt təmsilçisi 22 yaşlı vinger üçün "Yuventus"dan 70 milyon avro tələb edir.

Nikolo Zanyolo cari mövsümdə "Roma"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti