“İnter” çempionluq yarışında yenə büdrədi - VİDEO

20 Mart 2022 01:40 İtaliya 784
“İnter” çempionluq yarışında yenə büdrədi - VİDEO

İtaliya A Seriyasının 30-cu turunda “İnter” evində “Fiorentina” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, hesabı ikinci hissədə qonaqlar 50-ci dəqiqədə L.Torreyranın qolu ilə önə keçib.

Ev sahiblərinin cavab qolu beş dəqiqə sonra D.Damfraysla gəlib.

Qarşılaşmanın qalan vaxtında qol vurulmayıb və tərəflər meydandan heç-heçə ilə ayrılıb 1:1.

Ardıcıl ikinci oyunda xal itirən “İnter” liderlik mübarizəsində “Milan” və “Napoli”nin üç xal gerisində qalıb.

“Fiorentina” isə 47 xalla səkkizinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti