“Yuventus” yeni müqavilə təklif edəcək - Braziliyalıya

19 Mart 2022 01:40 İtaliya 710
“Yuventus” yeni müqavilə təklif edəcək - Braziliyalıya

“Yuventus” Danilo ilə müqaviləni uzatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Turin klubunun rəhbərliyi braziliyalı futbolçuya 2026-cı ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif etmək istəyir.

30 yaşlı müdafiəçi də “qoca sinyora” ilə yeni müqaviləyə müsbət yanaşır.

Danilo 2019-cu ilin yayında 37 milyon avroya “Mançester Siti”dən “Yuventus”a keçib.

Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, cari mövsümdə turinlilərin heyətində 22 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO