"Parma" Canluici Buffonla müqaviləni uzadıb.
Sportinfo.az xəbər verir ki, 44 yaşlı qapıçı ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb. Buffon “Parma”da ötən ilin yayından çıxış edir.
Qolkiper bu mövsüm B Seriyasında 23 oyun keçirib. Bunun 8-də komandasının qapısını toxunulmaz saxlayıb.
“Parma” 26 matçda 32 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Lider “Leççe”nin 49 xalı var.

