“Bu, məni çox incidir - Titul qazanana qədər karyeramı bitirməyəcəm”

28 Fevral 2022 18:20 İtaliya 735
“Bu, məni çox incidir - Titul qazanana qədər karyeramı bitirməyəcəm”

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı isveçli buna bircə səbəbin mane olduğunu deyib:

“Gələcəyim futbolla bağlıdır. Mənim dünyam futboldur. Təbii ki, hazırda oynaya bilmədiyim üçün məyusam, bu, məni çox incidir, xüsusən də işlər yaxşı gedəndə.

Mən orada olmaq və komandaya kömək etmək istəyirəm, gəldiyim gündən çox gözəl işlər görmüşük və indi bizim yalnız bir elementimiz çatışmır: kubok.

Buna nail olmaq üçün mübarizə aparırıq. “Milan”la titul qazanana qədər karyeramı bitirməyəcəm”.

Hücumçu bu mövsüm A Seriyasında 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti