MLS-in rəhbəri Don Qarber çempionata göstərilən qərəzli münasibətdən danışıb.
Sportinfo.az xəbər verir ki, Qarber MLS-in karyerasını bitirməyə hazırlaşan futbolçuların məskəni adlandırılmasından narazılıq edib.
O, narazılığını Zlatan İbrahimoviçi misal gətirməklə əsaslandırıb:
“MLS-ə karyeralarının qürub çağını yaşayan məşhur oyunçuları dəvət etməyə ehtiyacımız yoxdur. Zlatan MLS-dən A Seriyasına qayıdanda heç kim onun İtaliyaya təqaüdə çıxmaq üçün getdiyini deməmişdi.
Düzünü desəm, bu yanaşma məni incitdi. O yaşda İbrahimoviç bizə gəlsəydi, o zaman hamı onun karyerasını bitirmək üçün MLS-ə gəldiyini müzakirə edərdi.
İbra MLS-də çox çalışdı və İtaliyada da çox işləyir. Ona görə də niyə bizə fərqli münasibət bəsləndiyini tam başa düşmürəm, amma bu, belədir”.

