"Yuventus" Paulo Dibala ilə danışıqları davam etdirir.
Sportinfo.az xəbər verir ki, müqavilənin uzadılması üçün aparılan danışıqlar ötən ilin payızından başlayıb.
Turin klubu əvvəlcə argentinalıya ilə 8 milyon avro maaş və müxtəlif bonuslar təklif etməyə hazır olsa da, sonradan rəhbərlik fikrini dəyişib və müqavilənin şərtlərinə yenidən baxıb.
Bu da danışıqları dalana dirəyib. Məlumata görə, indi "Yuventus" yenidən Dibalaya eyni şərtləri təklif edir. Lakin klubun bir şərti var.
Rəhbərlik istəyir ki, oyunçunun agenti Xorxe Antun ona çatacaq məbləğin böyük hissəsindən imtina etsin.
Bu mövsüm Paulo Dibala "Yuventus"un heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Argentinalı futbolçunun klubla hazırkı müqaviləsi bu yay başa çatır. Yeni müqavilə imzalanmasa, Dibala "Yuventus"u azad agent kimi tərk edəcək.

