100 liqa matçında xəbərdarlıq almayan ilk futbolçu

15 Fevral 2022 12:00 İtaliya 922
100 liqa matçında xəbərdarlıq almayan ilk futbolçu

A seriyasının 25-ci turunda keçirilən “Atalanta” – “Yuventus” qarşılaşmasında tarixi olay yaşanıb.

Sportinfo.az xəbər verir ki, "Atalanta"nın yarımmüdafiəçisi Jeremi Boqa A seriyasının tarixinə düşüb.

O, 1994/1995 mövsümündən, üç xallı sistem tətbiq olunandan bəri A Seriyası tarixində ilk 100 liqa matçında xəbərdarlıq almayan futbolçu olub.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Berqamo klubuna bu ilin yanvarın sonunda “Sassuola”dan 22 milyon avroya keçib.

“Atalanta” 24 oyundan sonra 44 xalla İtaliya çempionatında beşinci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti