“Mən hələ sentyabrda demişəm ki, onlar çempion olacaq”

14 Fevral 2022 21:40 İtaliya 950
“Mən hələ sentyabrda demişəm ki, onlar çempion olacaq”

A seriyasının 25-ci turunda “Yuventus” “Atalanta” ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra “Yuve”nin baş məşqçisi Massimilano Alleqri fikirlərini bildirib.

O, mövsümün ikinci yarısındakı planlar haqda da danışıb:

“Çox yaxşı oynayaraq bu görüşü uduzmaq yaxşı olmazdı. “Atalanta” aqressiv oynadı, bizi topu sürətlə hərəkət etdirməyə məcbur etdi. Oyun möhtəşəm keçdi, demək olar ki, məğlub olurduq.

Amma sonda bir xal qazandıq və məğlubiyyətsiz seriyamızı davam etdirdik. Təbii ki, qələbə qazanmaq istəyirdik, amma nəzərə almaq lazımdır ki, güclü rəqiblə oynadıq.

Hələ sentyabrda demişdim ki, “İnter” Skudettonu qazanacaq. “Milan” və “Napoli”yə olan hörmətimə rəğmən, mənə elə gəlir ki, “İnter” ən güclü heyətə malikdir.

Hazırda onlar bizdən güclüdürlər. Mövsümün əvvəlində çox xal itirdik. İndi ən azı 4 xal daha çox toplasaydıq, çempionluq uğurunda mübarizə apara bilərdik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti