“Milan” İtaliya çempionatının 25-ci turunda “Sampdoriya”ya qalib gəlib - 1:0.
Sportinfo.az xəbər verir ki, Stefano Piolinin yetirmələri bu qələbə sayəsində A Seriyasında ilk pilləyə yüksəlib.
Buna həm də “İnter”lə “Napoli”nin 1:1 hesablı heç-heçəsi şərait yaradıb.
İndi “rossonyerilər” 25 oyundan sonra 55, “İnter” 24 matçdan 54, “Napoli”ninsə 25 matçdan sonra 53 xala malikdir.
Göründüyü kimi, “İnter”in ehtiyatda bir oyunu var.

