"İnter"lə "Napoli" minimalhesablı sülh bağladı - VİDEO

13 Fevral 2022 10:20 İtaliya 659
"İnter"lə "Napoli" minimalhesablı sülh bağladı - VİDEO

İtaliya A Seriyasında XXV turun mərkəzi görüşü "Napoli" və "İnter" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Neapoldakı "Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 7-ci dəqiqədə meydan sahiblərindən Lorentso İnsinye penalti zərbəsi ilə açıb. 47-ci dəqiqədə isə Edin Ceko bərabərlik qolunu vurub.

Bununla da "İnter" 24 oyundan sonra xalını 54-ə çatdıraraq, liderliyini qoruyub. "Napoli" isə 25 görüşdən 53 xalla 2-ci yerdə gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti