"İnter"in futbolçusu Hakan Çalhanoğlu ilkə imza atıb.
Sportinfo.az "Opta Paolo"ya istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi karyerasında ilk dəfə yüksək liqada ardıcıl üç oyunda qol vurub.
27 yaşlı oyunçu "Venesiya" (2:0), "Napoli" (3:2), "Milan"la (1:1) matçlarda fərqlənib.
H.Çalhanoğlu bu mövsümün əvvəlindən "İnter"də oynayır.

